Açıq havada satılan sular zəhərlidir?

ÖLKƏ
22:56 / 08.07.2025
39

Havaların isinməsi ərzaq məhsullarının saxlanmasına diqqətin daha da artması məsələsini gündəmə gətirir. 

Yay aylarında tələbatın daha da çoxaldığı su xüsusilə narahatlıq yaradan problemlərdəndir. 

Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a söyləyib ki, plastik qablarda saxlanılan və isti havada çöldə olan suyu almaqdan insanlar imtina etməlidirlər. Artıq bu cür sular yararsızdır:

 "Plastik qabın tərkibində olan kimyəvi maddələr isti havada miqrasiya edir. İstehlakçılar sağlamlıqlarının qeydinə qalmalı, günəş şüaları altında satılan sulardan istifadə etməməlidir".

Sevinc

0