Çörəklərin içi niyə yapışqan olur?

ÖLKƏ
22:17 / 10.07.2025
46

Yay fəslində çörəyin içinin yapışqan olması istehlakçıları narazı salan məqamlardan biridir.

Maraqlıdır, yay fəslində çörək niyə yapışqan olur?

Qida eksperti Leyla Sariyeva Hit.az-a deyib ki, çörək hazırlanan unlarda ciddi problemlər var:

"Unların satış şəbəkələrində saxlanma müddəti bir ildən artıq olmamalıdır. Çörəyin də saxlama müddəti var. Çörəklərin saxlanma müddəti 72 saatdır. Tez sıradan çıxan və içi yapışqan olan çörək o deməkdir ki, ya un, ya da unu yoğuran avadanlıq kartof xəstəliyinə məruz qalıb. Belə ki, kartof xəstəliyi olan çörəklərin içi yapışqan və turşumuş olur. Kartof xəstəliyinə məruz qalmış çörəklər insanlarda mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsinə səbəb olur”.

Sevinc

0