Xaçmaz rayonunda koronavirus infeksiyasına kütləvi yoluxma ilə bağlı müxtəlif xəbərlər yayılıb.
HİT.Az Qazet.az-a istinadla bildirir ki, rayonun Köhnə Xaçmaz kənd ərazisində və Xaçmaz şəhərində 80-100 nəfərin koronavirusa yoluxması bildirilir. Sosial şəbəkələrdə yayılan müxtəlif xəbərlər sakinləri ciddi narahat edir.
Məlumata əsasən, xeyli sakinin karantinə alındığı bildirilir.