Bank və ya bank olmayan kredit təşkilatlarından kredit götürənlərin sayı artır.
Ancaq bəzi şəxslər var ki, onlar bank və BOKT-dan deyil borc pul üçün sələmçilərə üz tutur.
Ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, dinə görə faizlə borc vermək, almaq da günahdır:
“Bankların və ya bank olmayan kredit təşkilatları iş yeri olmayan və başqa banklardan pul götürüb vaxtında qaytara bilməyən, qara siyahıya düşən, kredit tarixçəsi "pis" olan şəxslərə kredit vermir. Sələmçi ilə sələm götürən arasında notarial qaydada borc müqaviləsi bağlanır, sonradan ödəmə gecikəndə və yaxud digər hallarda narazılıq ya polis vasitəsilə, ya da məhkəmə qaydasında həllini tapır. Dövlət iki insan arasında bağlanan borc müqaviləsinə müdaxilə edə bilmir. Çünki, müqavilə ilə verilən borcun sələm olub-olmadığı bilinmir. Sələmçiliyin digər zərərli tərəfi bu cür borcların yüksək faiz müqabilində verilməsidir”.
Sevinc