Naxçıvanda 41 dərəcə isti qeydə alınıb - Faktiki hava

ÖLKƏ
14:00 / 17.07.2025
66

İyulun 17-sı saat 13:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən HİT.az-a verilən xəbərə görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 16-sı gündüz saatlarında dağlıq ərazilərdə (Xaltan, İsmayıllıda 1 mm-dək) qısamüddətli az yağış yağıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 30, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.

0