ABŞ-ın Nyu-Cersey ştatında ali məhkəmənin hakimi Con Russo təcavüzə uğrayan qadına verdiyi suala görə işdən qovulub.
Primetime.az xəbər verir ki, o zərərçəkmiş qadına "Təcavüzə uğrayarkən, özünü qorumaq üçün ayaqlarını bağlamışdın?" deyə sual ünvanlayıb. Ştatın baş hakimi və münsiflər heyəti onun bu sualını qeyri-etik adlandıraraq Russonun fəaliyyətinə xitam verib.
"Heç bir şahid, iddiaçı və ya zərərçəkmiş şəxs belə bir sualla qarşılaşmamalıdır. Hakimin bu sualı qurbanın günahkar olduğunu iddia edərək, onu utandırıb" deyə əyalətin baş hakimi Stuart Rabner bildirib.
Primetime.az