Yay mövsümündə kolbasa-sosiska məhsullarına tələbat kəskin şəkildə azalır.
Sərin havalarda keyfiyyətinə şübhə olan bu məmulatlara istilərdə yaxın düşmək olmaz.
Qida eksperti Leyla Sarıyeva Hit.az-a deyib ki, yay aylarında açıq havada satılan məhsulları almaq olmaz:
"Məlumdur ki,kolbasa və sosiskanın təbrikinə xüsusi dadlandırıcılar vurulur. Bu dadlandırıcılar kimyəvi tərkiblidir. Bu səbəbdən də yüksək temperatur mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait sayılır. Marketdə bu məhsullar soyuducuda saxlanılsa da, evə daşınma, açıq şəraitdə istifadə zamanı düzgün temperatur qorunmur".
Sevinc