Oleq Bakinski işində hökm oxundu - Onlardan pul tutulacaq

ÖLKƏ
19:36 / 25.07.2025
80

Oleq Krapivin (Oleq Bakinski) və onunla birgə mühakimə olunan Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Oleq Bakinski xuliqanlıqda təqsirli bilinərək 6 ay sınaq müddəti seçilməklə 2 il 6 ay müddətinə şərti cəzalandırılıb. Kuçer Konstantinə isə ittiham olunduğu xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə bəraət verilib. Ona xuliqanlığa görə 1 il 6 ay həbs cəzası təyin edilib.

Mənəvi ziyana görə isə hər iki şəxsdən 50 min tutulacaq.

Qeyd edək ki, onlar Bakıdakı ofislərdən birində Zaxarenkov Valeriy Nikolayeviçə xəsarət yetirib. Bundan əlavə, Kuçer Konstantin “Avıazapçast” ASC və “Promyshlenye Postavkı Kazakhstan” MMC-yə qarşı dələduzluq əməllərində də ittiham olunub.

Oleq Bakinski bu yaxınlarda ev dustaqlığına buraxılmışdı.

0