Şuşadakı yanğına səbəb bu imiş - RƏSMİ

ÖLKƏ
18:08 / 26.07.2025
78

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.

 

HİT.az xəbər verir ki, Daxili işlər və Fövqəladə hallar nazirliklərinin mətbuat xidmətlərinin birgə məlumatına görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 4 hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

0