Toyda yıxılan gənc xəstəxanada öldü

ÖLKƏ
12:20 / 27.07.2025
43

Ötən gün Qaxda toy zamanı şadlıq evinin pilləkənindən yıxılan gənc bu gün səhər saatlarında dünyasını dəyişib.

 

“Qafqazinfo”nun məlumatına görə, 2002-ci il təvəllüdlü Qarayev Orxan Nizami oğlu yerləşdirildiyi xəstəxanada vəfat edib.

 

Qeyd edək ki, həkimlər 23 yaşlı gəncə kəllə-beyin silkələnməsi diaqnozu qoymuşdu.

0