Bu il 41 bağça müdiri işdən çıxarılıb

ÖLKƏ
15:54 / 30.07.2025
69

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəbəqədər təhsil müəssisələri üçün keyfiyyət çərçivə sənədi hazırlanıb. Bu sənədə əsasən 150 bağçada daxili keyfiyyət sisteminin qurulması üzrə monitorinqlər həyata keçirilib”.

HİT.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bu il əlavə 100 bağçada da keyfiyyət təminatı üzrə monitorinqlərin davam etdirilməsi planlaşdırılır: “Agentlik və yerli təhsil idarəetmə orqanları tərəfindən aparılan planlı monitorinqlər zamanı idarəetmə sistemi, pedaqoji proseslər və inzibati işlər yoxlanılır. 2025-ci ilin yanvar ayından etibarən müxtəlif səbəblərə görə 41 müdir işdən çıxarılıb və 100-dən çox müdirə inzibati tədbirlər tətbiq olunub”.

0