Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin paytaxtın rayonları üzrə Mənzil Kommunal Təsərrüfatı Birliklərinin külli miqdarda vergi borcu yaranıb.
Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri məlumatlarından informasiya əldə edib.
Belə ki, paytaxt üzrə Mənzil Kommunal Təsərrüfatı Birliklərinin dövlət qarşısında yığılmış vergi borcları aşağıdakı kimidir:
Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - 1 472 303.94 manat,
Nərimanov rayon Mənzil Kommunal Təsərrufat Birliyi - 2 236 871.29 manat,
Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi - 494 382.08 manat,
Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - 5 047 205.7 manat,
Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - 126 002.68 manat,
Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - 2 001 273.19 manat,
Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - 2 156 167.86 manat,
Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - 2 818 128.2 manat,
Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - 3 231 717.43 manat.
Xəzər və Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin isə heç bir vergi borcu mövcud deyil. Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin isə vergi borcu ilə bağlı məlumatları öyrənmək mümkün olmayıb.