Aprel şəhidinin atası vəfat etdi - FOTO

ÖLKƏ
13:09 / 02.08.2025
179
Aprel döyüşləri şəhidi Orxan Hümmətovun atasıu200b vəfat edib.

Şəhid atası Kazım Hümmətov ötən gün Şəkidə 63 yaşında dünyasını dəyişib.

Onun onkoloji xəstəlikdən həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, O. Hümmətov 4 noyabr 1992-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. Aprel döyüşlərində Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşub. 2016-cı ilin aprelin 2-si həmin istiqamətdə şəhid olub.

Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.//Qafqazinfo
 

0