Bakının Moskva prospektində "Şamaxı yolu” adlanan ərazi istiqamətində 4 və 5 may tarixlərində hərəkət məhdudlaşdırılıb.
Hit.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri ilə bağlıdır.
Sürücülər alternativ olaraq Moskva prospektinin əsas yolundan və Biləcəri enişindən istifadə edərək, hərəkətlərinə davam edə bilərlər.
Təmir-tikinti işləri Müzəffər Həsənov küçəsinin 20 Yanvar dairəsindən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində də aparılır.
Bu səbəbdən təmir işləri bitənədək küçənin sözügedən hissəsi ilə də hərəkət məhdudlaşdırılıb.