Baş prokurordan yeni təyinat

ÖLKƏ
11:23 / 07.08.2025
83

Hərbi Prokurorluqda yeni təyinat olub.

Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Hərbi prokurorun təqdimatı və Baş prokurorun müvafiq əmri ilə ədliyyə polkovnik-leytenantı Məmmədov Bəhruz Şükür oğlu Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Hərbi Prokurorluqda hərtərəfli və intensiv islahatlar uğurla davam edir.//Trend

0