Cahangir Əsgərov 170 milyon manat mövzusuna reaksiya verdi

ÖLKƏ
13:08 / 08.08.2025
46

AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun ölkədən getdiyi, hazırda İspaniyada yaşadığı barədə məlumatlar yayılıb. Həmçinin onun bankların birində 170 milyon manat vəsaitinin olduğu, həmin məbləğdən hər ay 1 milyon 200 min manat gəlir əldə etdiyi qeyd edilib.

Qaynarinfo xəbər verir ki, Cahangir Əsgərov Manset.az-a açıqlamasında deyilənləri təkzib edib.

O qeyd edib ki, hazırda öz bağında istirahət edir: "Hazırda İsmayıllıda, öz bağımda istirahət edirəm. Bir azdan buradan çıxıb Bakıya - Şüvəlandakı bağıma gedəcəyəm.

Bəli, mən İspaniyaya gedirəm, orada müalicə alıram. Sentyabrın 15-də müalicə üçün yenidən İspaniyada olacağam. Lazım gələrsə, klinikanın adını da deyə bilərəm. Hazırda pensiyada olan adamam... Ölkədə qanunlar var, mən o qədər pulu götürüb hara gedə bilərəm ki? Mən hazırda tək yaşayıram. Xahiş edirəm, mənə toxunmayın..."

0