Mübariz İbrahimovun ev muzeyi hazırdır (FOTO)

ÖLKƏ
14:18 / 29.05.2020
945

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi artıq hazırdır.

Axar.az xəbər verir ki, ev muzeyi Biləsuvar rayonunun Əliabad kəndində, doğulduğu evdə ucaldılıb.

Xüsusi memarlıq üsulubunda tikilən muzeyin yaxın vaxtlarda istifadəyə veriməsi nəzərdə tutulur. Ümumi ərazisi 140 kv/m olan muzey Biləsuvar Rayon İcra Hakimiyyəti başcısının müvafiq sərəncamı ilə tikilib.

Hazırda muzey Milli Qəhrəmanın uşaqlıq, gənclik və hərbi xidmət illərini əks etdirən eksponatlarla zənginləşdirilir.

Milli Qəhrəmanımızın atası Ağakərin İbrahimov bu haqda danışarkən qeyd edib ki, Mübarizin şəhadətə qovuşduğu 10 il ərzində bura gələn insanlar öz qəhrəmanlarına ehtiramlarını bundan sonra yeni muzeydə göstərəcəklər:

“Muzey geniş və yeni formada fəaliyyətini davam etdirərəcək. Dövlətimizin diqqəti sayəsində burada yaradılmış əlverişli şəraitdə gənçlərimizə vətənə məhəbbət hissləri aşılanacaq. Vətənpərvərlik məktəbinə çevriləcək bu müzeyin uğurlu fəaliyyəti mübarizsevərlərdən asılıdır”.

0