Sabirabada yeni prokuror təyin edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Şəki rayon prokuroru vəzifəsini icra edən Mehman Xankişiyev Sabirabad rayon prokuroru təyin olunub.
Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov isə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsinə təyin olunub.
Digər əmrlə, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini Anar Nəsibov Şəki rayon prokuroru vəzifəsinə təyin olunub.