Bu gün marketlərdə müxtəlif qiymətə kürü satışına rast gəlmək olar.
Marketlərdə balıq kürüsünün 100 qramının satış qiyməti 10 manatdan başlayıb, 190 manat arasında dəyişir.
Ancaq əsl kürünün qiyməti 3000-4000 manat arasındadır.
İddia edilir ki, marketlərdə ucuz qiymətə satışa çıxarılan kürülər, süni şəkildə hazırlanır.
Həkim Rasif Bağırov Hit.az-a deyib ki, süni kürü balıq yağı, süni rəng və zülallardan, əsasən kimyəvi maddələrdən hazırlanır:
"Təbii orqanizmdən gələn maddə olmadığına görə, digər süni maddələr kimi, süni kürülərin də orqanizmə mənfi təsiri var. Əsas mənfi təsiri ondan ibarətdir ki, həmin kimyəvi maddələrin tərkibi oksidant maddələrlə zəngin olur. Oksidant maddələr də orqanizmdə yetərincə antioksidant maddələrin olmasını tələb edir. Antioksidant maddə də çatışmayanda orqanizmdə kanserogen zədələnmələr artır. Ona görə də süni kürülərdən istifadə olunması məsləhət deyil. Qara bazarda isə saxta yolla hazırlanan kürü mövcuddur. Bu məhsul bəzi işbazlar tərəfindən xüsusi sexlərdə kustar üsulla hazırlanaraq ucuz qiymətə satışa verilir".
Sevinc