Lənkəran rayonunda yerləşən Xanbulan gölündə suyun səviyyəsi xeyli azalıb.
Bu barədə Oxu.Az-a rayon sakinləri məlumat veriblər.
Sakinlərin sözlərinə görə, son illər göldə bu cür quruma müşahidə etməyiblər. Onlar bildiriblər ki, göldə suyun azalmasına əsas səbəb yağıntıların bu il az olmasıdır.
Qeyd edək ki, sözügedən göl Hirkan meşələrinin ətrafında yerləşir. Xanbulan Lənkəranda təxminən 9 600, Astarada isə 2 000 hektara yaxın torpaq sahəsinin suvarılması üçün istifadə olunan üç əsas mənbədən biridir. Xanbulançay su anbarı vasitəsilə Lənkəranla yanaşı Astarada da içməli su təminatının müəyyən hissəsi ödənilir. Xanbulanın ümumi tutumu 52 milyon kubmetrdır.