Valideynlərini itirən və qohumları tərəfindən ağır işgəncələrə məruz qaldığı iddia olunan 14 yaşlı yeniyetmə ilə bağlı araşdırma aparılır.
Bu barədə “Qafqazinfo”ya DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat verib.
O bildirib ki, yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu RPİ-nin 13-cü polis bölməsində hazırda təhqiqat araşdırması aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Qəyyumluğun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsilə üçün aidiyyəti dövlət qurumları ilə zəruri işlər görülür.
Qeyd edək ki, sosial şəbəkədə yayılmış paylaşımda yeniyetmənin xalası tərəfindən davamlı olaraq ağır işgəncələrə məruz qaldığı bildirilirdi.