İcra başçısının birinci müavini vəzifəsindən azad edildi

ÖLKƏ
14:24 / 04.09.2025
89

Ağdam Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev vəzifəsindən ayrılıb.

HİT.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Allahverən Əliyevin vəzifədən ayrılma səbəbi açıqlanmayıb.

A.Əliyev 15 iyul 1955-ci ildə Ağdam  rayonu Çəmənli kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu ali təhsil alıb. Baytar həkimidir. 

Məlumatı ilk olaraq "banker.az" yayıb.

0