Rektor özünə köməkçi və müşavirlər təyin etdi

ÖLKƏ
12:33 / 05.09.2025
89

Gəncə Dövlət Universitetində (GDU) yeni təyinatlar olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, rektor Yusif Yusibov yeni təyinatlarla bağlı müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Məmmədov Ruslan Araz oğlu rektorun köməkçisi, Kubışov İlqar Nadir oğlu rektorun elm və təhsil üzrə müşaviri və Məmmədova Lalə Yaşar qızı isə rektorun sosial məsələlər, gənclərlə iş üzrə müşaviri vəzifəsinə təyin olunublar.

Qeyd edək ki, hər üç şəxs bu təyinatadək də GDU-da müxtəlif vəzifələrdə işləyiblər. Belə ki, R.Məmmədov ictimai əsaslarla Tədris məsələləri üzrə prorektor köməkçisi vəzifəsində, İ.Kubışov Regional Kollecin direktoru vəzifəsində, L.Məmmədova isə sadəcə rektorun müşaviri vəzifəsində çalışıb.

0