Siyəzən rayonunda yol niyə dağılmış vəziyyətdə qalıb?

ÖLKƏ
18:33 / 06.09.2025
50

2025-ci ilin aprel ayında müşahidə olunan leysan və sel suları Siyəzən rayonunda yol infrastrukturuna ciddi ziyan vurub. Ərziküş kəndində avtomobil yolunun bir neçə hissəsi tamamilə dağılıb.

Kənd sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək aidiyyəti qurumdan kömək istəyirlər.

"Rayon mərkəzi ilə əlaqəsi olan yeganə yoldur. Yeddi kəndin yolu buradan keçir. Qış ayları yaxınlaşır. Təhlükəli vəziyyətdir. Hər an ölüm ola bilər", - deyə sakin narazılığını bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən yol üçün maliyyə vəsaiti ayrılan kimi yenidənqurma-bərpa işləri həyata keçiriləcək.

Daha ətraflı süjetdə:

0