Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun direktoru işdən çıxarılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə meliorator alim, texnika elmləri doktoru, professor Bəhrəm Əliyev Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən MAKA-nın Ekologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib..
Digər əmrlə o, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktor müavini təyin edilib.
Qeyd edək ki, 2 sentyabr 1955-ci ildə anadan olan Bəhrəm Əliyev 2019-cu ildən Ekologiya İnstitutunun direktoru vəzifəsini tuturdu. O, 2005-2013-cü illərdə kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.