Mədəkiçiltmə əməliyyatından sonra komaya düşən həkim Aytən Sultanovanın hazırda Mərkəzi Klinikanın ümumi reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir.
MilliYol.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
Bildirilib ki, onun ümumi vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, oftalmoloq Aynur Sultanova Universal Hospitalın rəhbəri və baş həkimidir.