Manaf Ağayevin oğlu müşavir təyin olundu

ÖLKƏ
17:00 / 09.09.2025
108

Tanınmş müğənni Manaf Ağayevin oğlu Elçin Ağayevə yeni vəzifə verilib. 

Qaynarinfo-nun məlumatına görə, Elçin Ağayev müvafiq əmrlə Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovun müşaviri təyin olunub. 

Qeyd edək ki, Elçin Ağayev bundan əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Monitorinq və Daxili Təhqiqat Departamentinin müdiri vəzifəsində çalışıb.
 

0