"MEDİA könüllüləri" proqramına qeydiyyat elan edildi

ÖLKƏ
14:53 / 26.09.2025
39

Medianın İnkişafı Agentliyi (MEDİA) "MEDİA könüllüləri" proqramına yenidən qeydiyyat elan edib.

HİT.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Qeyd edilib ki, proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Medianın İnkişafı Agentliyinin müvafiq struktur bölmələrində, həmçinin müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramlarında, təlim və layihələrdə iştirakı nəzərdə tutulur.

Proqram 3 ay müddətində davam edəcək, könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər Agentlik tərəfindən sertifikatla təltif olunacaqlar.

Müraciət üçün son qeydiyyat tarixi 6 oktyabrdır.

0