Qlobal həyat tərzi və sağlamlıq üzrə aparıcı birbaşa satış şirkəti olan QNET bu həftə Penanqda keçirilən möhtəşəm 27-ci ildönümü konvensiyası – “V-Malaysia 2025”i uğurla başa vurdu. “Tourism Malaysia” tərəfindən dəstəklənən tədbirdə 30-dan çox ölkədən 10,000-dən artıq müstəqil distribüter iştirak edib. Bu, şirkətin qlobal icmasının gücünü və belə iri miqyaslı tədbirlərin iqtisadi faydalarını nümayiş etdirdi.
Artıq 13-cü ildir ardıcıl olaraq Penanqda keçirilən bu beşgünlük konvensiya Malayziyanın aparıcı MICE (Meetings, Incentives, Conferences, and Exhibitions – Görüşlər, Təşviqatlar, Konfranslar və Sərgilər) məkanı kimi mövqeyini daha da gücləndirdi. “Tourism Malaysia” ilə tərəfdaşlıq göstərdi ki, iri korporativ tədbirlər turizm, qonaqpərvərlik və yerli iqtisadi fəaliyyətə mühüm töhfə verir.
İnnovasiya və mədəniyyət üçün Qlobal Səhnə
Konvensiya SPICE Arena-da Malayziya mədəniyyətinin parlaq təqdimatı ilə baş tutdu – musiqi, rəqs və “Wira” və “Manja” adlı Malayan günəş ayısı maskotlarının (2026-cı ildə keçiriləcək Visit Malaysia Year kampaniyasının rəsmi simvolları) iştirakı ilə. Qlobal biznes və yerli ənənənin bu sintezi gücləndirici və əlaqələndirici tədbirin ruhunu müəyyənləşdirdi.
Sahibkarlığı innovativ məhsullarla gücləndirmək
“V-Malaysia 2025” QNET-in həyat tərzi və sağlamlığı yaxşılaşdırmağa yönəlmiş ən yeni məhsullarının təqdimat meydanına çevrildi. Əsas yeniliklər aşağıdakılar oldu:
Harmoniq-Snooze: Dərin və bərpaedici yuxunu təşviq edən bio-siqlinal yapışqan patch.
Qwik-Vibe: Dərhal enerji və zehni diqqət üçün təmiz, sürətli təsir edən ağız zolağı.
“Bernhard H. Mayer® PTLuxe & Insignia” kolleksiyaları: Dözümlülük və üslubu simvolizə edən yeni platin zinət əşyaları.
“27 ildir ki, QNET insanların sağlamlıq və maliyyə gələcəklərinə nəzarəti ələ almalarına kömək edir”, – deyə QNET-in Baş Marketinq Direktoru Trevor Kuna bildirib:
“V-Malaysia bizim missiyamızın fiziki təcəssümüdür – burada innovasiya və mədəniyyət qovuşur, sahibkarlarımızı Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyadan ilhamlandırır”.
Dayanıqlılıq hekayəsi ilə qlobal auditoriyanı ruhlandırmaq
Konvensiyanın ən yaddaqalan anı qlobal gənclik ikonu, motivasiyaedici natiq və müğənni Sparş Şahın çıxışı oldu. Osteogenez İmperfecta (sümük sindromu) ilə doğulmasına baxmayaraq, Sparş həyatındakı çətinlikləri dəf edərək milyonlarla insana ümid və iradə nümunəsinə çevrilib. O, öz həyat hekayəsini orijinal musiqisi ilə birləşdirərək minlərlə iştirakçını ilhamlandırdı və hər kəsi öz potensialını tanımağa, hədəflərinə çatmaq üçün dayanıqlı düşüncə formalaşdırmağa çağırdı.
“Sparş Şahın inanılmaz hekayəsini paylaşması bizim qlobal icmamız üçün çox təsirli bir an oldu”, – deyə Trevor Kuna vurğuladı:
“O, RYTHM-in – “Özünü Yüksəlt ki, İnsanlığa Kömək Edəsən” – mahiyyətini təcəssüm etdirir. Onun iştirakı xatırlatdı ki, sahibkarlıq yalnız biznes uğuru ilə ölçülmür, həm də insan ruhunun hər bir maneəni aşmaq gücü ilə bağlıdır.”
Gücləndirmə və iqtisadi tərəfdaşlıq irsini davam etdirmək
QNET tədbir çərçivəsində növbəti böyük regional konvensiyasını da elan etdi: “V-Africa 2026”, 2026-cı ilin ilk rübündə Qanada keçiriləcək. Bu strateji addım QNET-in sahibkarlığı təşviq etmək və əsas inkişaf bazarlarında iqtisadi inkişafda rol almaq öhdəliyini gücləndirir.
“Konvensiyalarımız sadəcə görüşlər deyil: onlar ev sahibi ölkələrlə iqtisadi tərəfdaşlıqlardır”, – deyə Kuna əlavə edib:
“V-Malaysia”nın uğuru göstərdi ki, biznes turizmi müsbət dalğa effekti yaradır. Biz bu ənənəni Qanada davam etdirməyə, “V-Africa 2026” vasitəsilə eyni enerji və fürsəti Afrikaya gəyirəcəyimizə görə həyəcanlıyıq”.
“V-Malaysia” QNET-in missiyası olan RYTHM – “Raise Yourself To Help Mankind” prinsiplərinə əsaslanaraq sahibkarlıq şəxsi inkişaf və icma üçün qlobal platforma rolunu oynayır.
QNET Haqqında
QNET – qlobal həyat tərzi və sağlamlıq şirkətidir. Birbaşa satış modeli əsasında fəaliyyət göstərərək insanların daha sağlam və balanslı həyat sürmələrinə kömək edən eksklüziv məhsullar təqdim edir. 1998-ci ildən bəri QNET-in innovativ məhsulları və e-ticarət əsaslı modeli milyonlarla müştəri və mikro-sahibkarı birləşdirib. Şirkət RYTHM – “Raise Yourself To Help Mankind” missiyası ilə fəaliyyət göstərir.
QNET dünyanın bir sıra ölkələrində Birbaşa Satış Assosiasiyasının, həmçinin Honkonq @Health Food Association”, “Health Supplements Industry Association of Singapore” və digər təşkilatların üzvüdür. Şirkət həmçinin qlobal idman sponsorluqlarının tərəfdaşıdır, o cümlədən “Manchester City” Futbol Klubunun və Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi birbaşa satış tərəfdaşıdır. Bu əməkdaşlıqlar QNET-in qlobal miqyasda mükəmməlliyə sadiqliyini nümayiş etdirir.
Daha ətraflı məlumat üçün: www.qnet.net