Türkanda torpaq almaq istəyən türkü aldatdılar

ÖLKƏ
20:20 / 01.10.2025
42

Türkan qəsəbəsində torpaq sahəsi almaq istəyən Türkiyə vətəndaşı dələduzluqla üzləşib. 

Hit.az xəbər verir ki, Özer adlı Tükiyə vətəndaşı Seyran adlı şəxsdən 6 sot torpaq sahəsi alıb. Buna görə ona 5600 manat pul verib. 

Lakin sonradan məlum olub ki, Seyran torpaq sahəsini başqa bir şəxsə də satıbmış. Həmin şəxsdən isə 8200 manat alıb. 

Türkiyə vətəndaşı və digər alıcı hüquq-mühafizə orqanlarına şikayət edib. 

Seyran saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. 

Cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Seyran 2 il müddətinə azadlıqdan məhrum edilib. 

Abbas 
 

0