İbrahim Ləmbəranskinin prokurorluqda qulluq keçməsinə xitam verilib

ÖLKƏ
17:25 / 01.10.2025
45

İbrahim Ləmbəranskinin prokurorluqda qulluq keçməsinə xitam verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, İbrahim Ləmbəranskinin öz arzusuna əsasən 10 sentyabr 2025-ci il tarixindən etibarən prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Qeyd edək ki, Sabunçu rayonunun sabiq prokuroru İbrahim Ləmbəranski Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin müşavir təyin olunub.


 

0