Oqtay Şirəliyevin dəfn yeri açıqlandı

ÖLKƏ
09:57 / 04.10.2025
50

Keçmiş səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi Təzəpir məscidində keçiriləcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, vida mərasimi saat 11:00-da baş tutacaq.

Məlumata görə, vida mərasimindən sonra O.Şirəliyevin nəşi Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, sabiq nazir dünən 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

0