Həmcinslərini Türkiyədə iş vədi ilə fahişəliyə cəlb etmişdi - 9 il həbs verildi

ÖLKƏ
14:53 / 04.10.2025
54

Azərbaycanlı qadınları aldadaraq Türkiyəyə aparan və orada insan alverinə məruz qoyan Mingəçevir şəhər sakini 35 yaşlı Dəniz Məmmədovaya hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.

Bildirilib ki, Dəniz Azərbaycanda tanış olduğu 2 gənc xanımı Türkiyədə işləmək vədi ilə qonşu ölkəyə aparıb. Lakin o, təyyarə ilə Türkiyəyə gedən hər iki qadının sənədlərini aldadaraq alıb və onları Çanakkale və Yalova şəhərlərində bir neçə gün məcburi şəkildə fahişəliyə cəlb edib.

Daha sonra həmin qadınlar yaşadıqları yeri tərk edərək Azərbaycana qayıtmağı bacarıblar. Onlar buraya gələrək Dənizin əməlləri barədə polisə şikayət ediblər. D.Məmmədova ötən ilin dekabrında hava limanı ərazisində polis tərəfindən saxlanılıb.

Məhkəmənin 29 sentyabr tarixli hökmü ilə Dəniz Məmmədovaya 9 il həbs cəzası verilib.

0