Dolub-daşan tullantı su xətləri... Üfunət iyi verən zirzəmilər...
Tullantı su xətlərində baş verən tutulmalarla bağlı ard-arda gələn müraciətlərdən sonra İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə üz tutduq və suallarımızı ünvanladıq.
Xezerxeber.az-ın xəbərinə görə, Xətai rayon Su Kanal İdarəsinin şöbə rəisi Əli Məhərrəmli deyir ki, bəzən tutulan borulardan çıxan əşyalardan özləri belə utanır.
Qurumdan o da bildirildi ki, gün ərzində xətlərdə baş verən qəzaların yüzdə 90-ı məhz tutulmalarla bağlıdır. Sakinlərdən bu məsələdə daha diqqətli davranmaları xahiş olunur.