Azərbaycan elminə ağır itki - Vahid Rzayev vəfat edib

ÖLKƏ
16:31 / 14.10.2025
73

Azərbaycan elmi və təhsil ictimaiyyəti ağır itki ilə üzləşib. 

HİT.az xəbər verir ki, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Məmməd oğlu Rzayev vəfat edib.

Vahid Rzayev 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şərur qəsəbəsində anadan olub. 2000-ci ildən etibarən Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və Psixologiya kafedrasında dosent vəzifəsində çalışıb.

Uzun illər elmi-pedaqoji fəaliyyət göstərən alim 2017-ci ildə Naxçıvan MR-in “Əməkdar müəllim”i fəxri adına layiq görülüb. O, 7 kitab, 3 metodik vəsait və 100-dən artıq elmi məqalənin müəllifidir.

Allah rəhmət eləsin!

0