İrandan Azərbaycana 26 kq narkotikin keçirilməsinin qarşısı alınıb.
HİT.az-ın məlumatına görə, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycanın İran İslam Respublikası ilə dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 23.09.1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.
A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 “Metadon” həbbləri aşkar edilərək götürülüb.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.