Bina tikilərkən səkinin yararsız hala salındığı iddia edilir. Görüntülər paytaxtın Nərimanov rayonu, Əhməd Bəy Ağaoğlu küçəsindəndir.
"Xəzər Xəbər"ə müraciət edən sakinlər deyirlər ki, hər gün istifadə etdikləri səki bina tikilərkən bərbad vəziyyətə salınıb. Bu hal uzun müddətdir davam edir.
Sakinlər deyirlər ki, səki bərbad halda olduğundan bəzi hallarda yola çıxmalı olurlar ki, bu da təhlükəli vəziyyətin yaranmasına səbəb olur.
Çəkilişdən sonra ərazidə abadlaşdırma işlərinə başlanılıb. Tikinti şirkətindən qeyd edilib ki, daha böyük və təmirli səki sakinlərin istifadəsinə veriləcək.