Son zamanlar qızılın satış qiyməti yüksəlməkdə davam edir. Bu hal saxta qızılın artmasına səbəb olub.
Bəzi satıcılar vəziyyətdən istifadə edib, saxta qızılı “endirim” adı ilə satmağa çalışır.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Hit.az-a şərhində bildirdi ki, Azərbaycanın əmtəə bazarının ən çox çirklənmiş seqmentlərindən biri qiymətli metallar, daş-qaş və qızıl məmulatları bazarıdır:
“Hazırda qızıl bazarına heç bir nəzarət mexanizmi yoxdur. Ona görə də bu sahədə hazırda çox böyük problem yaşanır. Hazırda qızıl bazarına heç bir nəzarət yoxdur. Ona görə də ən qısa zamanda bu məsələ ilə bağlı hökümət ortaya mövqe qoymalıdır. Çünki, ölkənin əmtəə bazarında külli miqdarda saxta və aşağı keyfiyyətli qızıl var. Və saxta qızıl alan vətəndaşlar aldandıqlarını bildikləri təqdirdə heç bir hərəkət edə bilmir, itki ilə barışmaq zorunda qalırlar. İctimai təşkilat olaraq biz də qanundakı boşluqlar üzündən istehlakçıya kömək edə bilmirik”.
Sevinc