Ekspert: "Moped üçün sürücülük vəsiqəsi tələbi..."

ÖLKƏ
12:52 / 21.10.2025
55

"Moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması doğru qərardır". 

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib. 

O fikirlərini belə əsaslandırıb:

"Düzdür, ilk baxışda moped idarə etmək üçün sürücülük vəsiqəsinə ehtiyac olmadığı görünür. Lakin məsələnin dərininə endikdə buna ehtiyac olduğu üzə çıxır. Çünki sürücülük vəsiqəsi olmayanda insanlar mopedləri çox məsuliyyətsiz şəkildə idarə edirdilər". 

384492

Ekspert qeyd edib ki, bu isə qəza riskinə səbəb olurdu:

"Üstəlik, onları qeydiyyatları olmadığı üçün tapmaq da çətin idi. Bu isə əlavə problemlərin yaranmasına gətirib çıxarırdı. Ona görə də bu məsələ uzun müddətdir gündəmdə idi. Nəhayət, tətbiq edildi. Hazırda sürücülük vəsiqəsinin verilməsi dünya praktikasında necədirsə, bizdə də eyni qayda ilə aparılır".

Aslan Əsədovun sözlərinə görə, moped sürücüləri artıq qayda pozuntularına yol verə bilməyəcəklər:

"Çünki sürücülük vəsiqəsi mütamadi olaraq məsuliyyət tələb edəcək. Artıq moped sürücüləri də ehtiyatlı davranaraq məsuliyyətli olacaqlar. Nəzərə almaq lazımdır ki, sürücük vəsiqəsi olandan sonra moped sürücüləri də qayda pozanda rahatlıqla cəzalandırılacaqlar. Onların ünvanları da bəlli olacaq. Ona görə də qaydalara riayət edərək sürmək məcburiyyətində qalacaqlar". 

Pərviz

0