Prezident general-mayoru vəzifəsindən azad etdi

ÖLKƏ
17:16 / 24.10.2025
139

General-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, İlqar Abbasov 2022-ci ildən Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi idi.

0