Şahnaz Haşımova bu tarixdə xəstəxanadan buraxılacaq

ÖLKƏ
15:38 / 26.10.2025
60

Əməliyyat olunan Xalq artisti Şahnaz Haşımova yaxın 4 gün ərzində xəstəxanadan evə buraxıla bilər. 

Bu barədə “Qafqazinfo”ya Ş.Haşımovanın oğlu Tural Abdullayev bildirib. 

“Əməliyyatın ilk günündən fərqli olaraq, bu gün özünü daha yaxşı hiss edir. Həkimlər Şahnaz xanımın nə zaman xəstəxanadan evə buraxılacağını dəqiq bilir. Mənə verilən məlumata görə, müalicə bu cür davam etsə, yaxın 4 gün ərzində evə buraxılacaq”, - deyə T. Abdullayev qeyd edib. 

Qeyd edək ki, Xalq artisti iki gün öncə Gəncədəki özəl xəstəxanaların birində əməliyyat olunub.

0