Şuşa Dövlət Musiqili Dram Tearının direktoru Yadigar Muradovun səhhəti stabil olaraq qalır.
Bu barədə Qaynarinfo-ya teatrın direktor müavini Azad Məmmədov deyib. O, Yadigar Muradovun süni nəfəs aparatına qoşulduğunu bildirib:
"Reanimasiyadadır, az-az hərəkət edir. Həkimlər çalışır. Əminik ki, aparılan müalicə effekt verəcək. Əsas odur ki, Yadigar müəllimin səhhəti qaydasına düşsün”.
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov bir neçə ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. İki dəfə əməliyyat keçirən Yadigar Muradovun səhhəti qəfildən pisləşib. Həkimlər müayinə zamanı onun qanına infeksiya keçdiyini müəyyən edib.
Hazırda aktyor Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəbəsindədir.


