Hellouin artıq Azərbaycanda da qeyd olunur. Son illərdə paytaxtdakı mağaza və əyləncə məkanlarında bu bayrama maraq artıb. Satış nöqtələrində cadugər papaqları, qorxulu maskalar, abadoklar və bəzək əşyaları alıcıların diqqətini çəkir. Restoran və klublar isə xüsusi Hellouin partiləri üçün proqramlar və bilet kampaniyaları təklif edirlər.
Valyuta.az xəbər verir ki, mağaza və “party shop”larda Hellouin aksesuarlarının qiymətləri fərqli aralıqlarda dəyişir. Ən çox maraq doğuran məhsullar uşaqlar və gənclər üçün nəzərdə tutulub.
Belə ki, uşaqlar üçün Hellouin aksesuarları 1-4 manat aralığında satılır:
Halloween abadok - 3,12 manat
Cadugər papağı (aksesuar) - 1,20 manat
Şeytan abadok və əsa dəsti - təxminən 3,20 manat
Çiçəkli tül abadok - 3,60 manat
Sadə tül abadok - 4 manat
Böyüklər üçün məhsulların qiymətləri isə daha yüksəkdir:
Ghost Face maskası – 10 manat
Cadı şapkası – 20 manata qədər
“Gəzən əl” dekoru – 25 manat
Pariklər – orta hesabla 15 manat
Qorxulu kuklalar – 30-60 manat
Qorxulu maskalar – 45 manat civarında
Restoran və klublarda keçirilən partilərin bilet qiymətləri təxminən 30-50 manat arasında dəyişir. Bu məbləğə adətən DJ proqramı, qrim (face art) xidməti, dekorasiyalı məkanlara giriş və əyləncə proqramı daxildir.
Qeyd edək ki, göstərilən qiymətlər təxmini xarakter daşıyır və məkan, məhsulun keyfiyyəti və satış yerindən asılı olaraq fərqlənə bilər.

 
										 
										 
										 
										 
										 
										 
										 
										
