Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər də saxlanılıb - ADLAR

ÖLKƏ
11:58 / 02.11.2025
89

Ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb və icra başçısının müavini Muradov Nadir Yədulla oğlu, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdir əvəzi Qafar Abdullayev (baş mütəxəssis) barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 

Manset.az-ın əldə etdiyi məlumata görə, saxlanılanlar içərisində icra başçısının köməkçisi Umudov Rəşad Həsən oğlu, icra hakimiyyətinin mütəxəssisi Nadirli Rəşad Sərdar oğlu və rayon icra hakimiyyəti başçısının Çeyildağ üzrə nümayəndəsinin müavini Şəmsiyev İsa Tofiq oğlu da olub.

Daha sonra məhkəmənin qərarı ilə onlar haqqında ev dustaqlığı qətimkan tədbiri qərarı verilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətnin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu rayona rəhbərlik edir.

0