Bayramlarla əlaqədar ardıcıl 4 gün İŞ OLMAYACAQ

ÖLKƏ
09:23 / 03.11.2025
67

Noyabrda ardıcıl dörd gün iş olmayacaq.

 

HİT.az-ın məlumatına görə, 8 Noyabr – Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur.

 

Bu il hər iki tarix şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 10 və 11 noyabr tarixləri də qeyri-iş günü elan ediləcək.

 

Beləliklə, noyabrın 8-dən 11-dək - dörd gün ardıcıl qeyri-iş günü olacaq.

 

Qeyd edək ki, 12 Noyabr Konstitusiya Günü və 17 Noyabr Milli Dirçəliş Günü olsa da, bu tarixlər iş günü hesab olunur.

0