Məktəb direktoru barədə hüquq-mühafizə orqanlarına müraciət edildi

ÖLKƏ
14:37 / 03.11.2025
76

Lənkəran rayonu Liman şəhəri Vasif Həsənov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorunun müəllimə qarşı davranışı ilə bağlı monitorinq aparılıb.

HİT.az xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndələri məktəbdə monitorinq keçiriblər. 

Direktorun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, Elm və  Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Regional Təhsil İdarəsinin təlimatlarının tələblərinə riayət etməməsi, nəticədə sözügedən ümumi təhsil müəssisəsində təlim-tərbiyə prosesinin, əmək və icra intizamının pozulması, ümumi təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə zərər vurulması məsələlərinə hüquqi müstəvidə münasibət bildirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

0