Həmin ingilis dili müəllimi saxlanıldı

ÖLKƏ
12:20 / 04.11.2025
63

İngilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılov saxlanılıb.

HİT.az Milli.az-a istinadən xəbər verir ki, ondan vətəndaşların çoxsaylı şikayətləri var.

İsmayılovun rəhbərlik etdiyi “iamzervacademy” kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib. 50-dən çox şəxs bu yolla aldadılıb.

A.İsmayılovun sosial şəbəkələrdə səhifəsini bir sıra məşhur bloqerlər və müğənnilər də reklam edib. Bu yolla o, vətəndaşların inamını qazanıb.

Qeyd edək ki, bir müddət əvvəl Azər İsmayılovun əməlləri ilə bağlı bir qrup vətəndaş “Qafqazinfo”ya müraciət etmişdi.

0