Azərbaycanda fəaliyyət göstərən kinoteatr və əyləncə mərkəzləri hələ ki, açılmayacaq.
HİT.Az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə Bakı, Sumqayıt, Gəncə və Abşeron rayonlarında "Mall"ların fəaliyyətinə icazə verilsə də, həmin ticarət mərkəzlərinin tərkibində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinə icazə verilməyəcək.
Qeyd edək ki, mövcud qərar əsasən ölkə ərazisində xüsusi karantin rejimi 15 iyun 00:00-dək uzadılıb.