Tanışının bank kartından oğurluq edən şəxsə hökm oxunub

ÖLKƏ
19:29 / 17.11.2025
45

Tanışının bank kartından gizli şəkildə pul oğurlamaqda ittiham olunan şəxsə hökm oxunub. 

Hit.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsi ilə mühakimə olunan Quli Kərimov (ad və soyad şərtidir) 1 il 6 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

İş materiallarına görə, Qulu Kərimov “Continental” oteldə zərərçəkmiş şəxslə birlikdə olarkən, onun “Kapital Bank” tərəfindən verilmiş “Birbank” kartından “Bolt Food” proqramı vasitəsilə hissə-hissə ödənişlər edib. O, ümumilikdə 210 manat məbləğində ərzaq və içki sifarişləri həyata keçirilib.

Məhkəmə iclasında Qulu Kərimov özünü təqsirli bilmədiyini və ziyanın sonradan tam ödənildiyini bildirib. Zərərçəkmiş şəxs isə kartdan pul oğurlandığını təsdiqləyərək polisə müraciət etdiyini bildirib.

Abbas

0