Azərbaycanda soyuq hava nə qədər davam edəcək?

ÖLKƏ
18:34 / 11.05.2020
1331

"Qeyri-sabit keçən hava şəraiti iqlim dəyişikliyi ilə bağlıdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyib. O qeyd edib ki, hazırda müşahidə olunan qeyri-sabit hava şəraitinin səbəbi təbiətdə gedən iqlim dəyişikliyidir:

"Bəzən buna qlobal istiləşmə deyilsə də, bu yanlış termindir. İqlim dəyişikliyi nisbətən isti olan bölkələrdə yağışların artmasına, soyuq ərazilərdə isə havaların isti və mülayim keçməsinə səbəb olur. Diqqət etsək görərik ki, hazırda Bakıda və Abşeron yarımadasında hava mülayim, Mərkəzi Aran rayonlarında isə soyuq və tutqundur”.

Telman Zeynalov bildirib ki, iqlim dəyişikliyi bəzi yerlərdə quraqlığın yaranmasına səbəb ola bilər:

"Düzdür, Azərbaycanı quraqlıq gözləməsə də, Rusiyanın bəzi bölgələrində iqlim dəyişikliyi ilə əlaqədar quraqlıq yaşana bilər. Yuxarıda da dediyim kimi, isti olan yerlərdə havaların soyuq, nisbətən soyuq olan yerlərdə havaların isti keçməsi, təbiətdəki balansı poza bilər”.

Ekoloq bildirib ki, iqlim dəyişikliyi Günəş və Yer kürəsindən asılı olan bir haldır.

1